Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əsgərimizə təhdid törədən düşmən mövqelərinin külü havaya sovrulmalıdır

Əsgərimizə təhdid törədən düşmən mövqelərinin külü havaya sovrulmalıdır


İyunun 18-i axşam saatlarında və 19-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım, Barmaqbinə və Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini iri çaplı atıcı silahlardan intensiv atəşə tutması Ermənistan tərəfindən birgə Bəyanatın şərtlərinin dəfələrlə kobud şəkildə pozulması deməkdir.

Newscenter.az moderator.az-a istinadən xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O bildirib ki, məğlub Ermənistana ordusunun real vəziyyətini bir daha xatırlatmaq üçün yaranan imkandan istifadə etməliyik:

"Bunun üçün əsgərimizə təhdid törədən düşmən mövqelərinin külü havaya sovrulmalı, həmin mövqelərində üçrəngli Bayrağımızın dalğanmalıdır. Qərbi Zəngəzurumuzun 50-60 km. km ərazisi, xüsusilə də su hövzələri və mənbələri mövcud olan istiqamətlərə nəzarət etmək, Azərbaycanın maraqları çərçivəsindədir. Sərhəd çəkilməyənə qədər hər açılan düşmən gülləsinə, Qərbi Zəngəzur torpaqlarının azad edilməsi ilə cavab verməliyik".

Ədalət Verdiyev hesab edir ki, əks halda atəşkəs pozulması ilə bağlı xoşagəlməz və təhlükəli ənənə uzun müddət davam edə bilər.
Xəbəri paylaş