Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenski Makronu niyə soyuq qarşılayıb?

Zelenski Makronu niyə soyuq qarşılayıb?


Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi Ukraynaya səfəri ciddi müzakirə olunmaqdadır. Ukrayna lideri özü videomüraciətində görüşlərin səmərəli keçdiyini bildirib və bu günü tarix gün adlandırıb.

"Bu gün həqiqətən tarixi gündür - Ukrayna dörd güclü Avropa dövlətinin dəstəyini bir anda hiss etdi. Xüsusilə də bizim Avropa İttifaqına hərəkətimizə dəstəyi. İtaliya, Rumıniya, Fransa və Almaniya bizimlədir. Dörd liderin hamısı - və cənab Draqi, Yohannis, Makron və cənab Şolts Ukraynanın namizədliyini dəstəkləyirlər”, - Prezident bildirib.

Zelenski vurğulayıb ki, bununla belə, bütün müvafiq prosedurlar tamamlanmalı, Aİ-yə üzv dövlətlərin hamısı buna qoşulmalıdır.
"Ancaq bugünkü görüşümüzdə böyük addım atıldı - irəliyə doğru bir addım. Liderlərdən başqa bir fundamental şeyi eşitmək mənim üçün vacib idi - onlar razılaşırlar ki, müharibənin sonu və Ukrayna üçün sülhün əldə edilməsi məhz Ukraynanın gördüyü yol olmalıdır. Onları bizim xalqımız necə görür”, - dövlət başçısı deyib.

Zelenski, həmçinin liderlərə Ukraynanı dəstəklədiklərinə görə təşəkkür edib.

Amma həmin görüşlər zamanı çəkilən və sosial mediada sürətlə yayılan fotolar Zelenskinin sözlərini şübhə altına salır. Belə ki, Ukrayna lideri görüşlər zamanı ölkəsində səfərdə olan dünya liderlərinin heç birinin gözünə baxmayıb. Əksinə, hiss olunur ki, onları soyuq qarşılayıb. Xüsusilə Zelenski ilə Makronun görüşü diqqət çəkir. Fransa prezidenti öz səmimiliyini göstərməyə çalışır. O, təbəssümlə Zelenskini qucaqlayır və yəqin, bununla "Sənin yanındayam" mesajını vermək istəyir. Zelenski isə soyuq baxışları sanki demək istəyir ki, o qədər də sadəlövh deyiləm. Axı rəsmi Parisin Moskva ilə münasibətləri məlumdur. Makronun Rusiya Prezidenti Vladimir Putinlə şəxsi münasibətləri daha yaxşıdır, nəinki Zelenski ilə. Üstəgəl, Yelisey sarayında Kremllə hesablaşırlar. Həmçinin nəzərə almaq lazımdır ki, Rusiya və Fransa liderləri müharibə başlayandan bəri, bəlkə də, həftə ərzində bir neçə dəfə telefonla danışırlar. Makron bu barədə verdiyi açıqlamalarda Putini müharibəni dayandırmağa çağırdığını deyir. Əslində isə hansı müzakirələrin getdiyini kimsə bilmir. Hər halda Parisin Moskva ilə qarşı- qarşıya gəlmək istəyəcəyi ağlabatan deyil. Görünür, həqiqən, Qərb dünyasında müharibənin uzanmasını istəyənlər və bunda maraqlı olanlar var.

Maraqlı cəhətlərdən biri də Zelenskinin Böyük Britaniya baş naziri Boris Consonla görüşü zamanı çəkilən kadrlardır. Belə ki, Zelenski Consonu daha səmimi qarşılayır. Londonun da Moskva ilə münasibətləri məlumdur. Britaniya Rusiya ilə adətən daha məsafəli davranmağa çalışır. Ola bilsin, Zelenski indi Britaniyaya daha çox inanır, nəinki digər Qərb dövlətlərinə. Bunun əsas səbəbi geosiyasi reallıqlar, həmçinin dünya liderlərinin ritorikasıdır.
İstisna deyil ki, artıq Qərb dünyasında Ukraynadakı müharibə ilə bağlı ikitirəlik var. Ola bilsin, bəzi dövlətlər, o cümlədən Britaniya, həqiqətən savaşın bitməsində maraqlıdır. Fransa, Almaniyanın isə səmimi olmamaları, ikili oynamaları mümkündür. Hətta, bəlkə də, bu fikir ayrılıqları lap əvvəldən var və döyüşlər uzandıqca özünü daha aydın göstərir. Bu mənada müharibə bir az da uzanacaği təqdirdə artıq kollektiv Qərbin özündə ziddiyətlərin dərinləşəcəyi gözləniləndir.

Kənan Novruzov-siyasi ekspert[b][/b]
Xəbəri paylaş