16 iyun tarixində keçirilmiş “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu siyasi aktuallığına görə xüsusi əhəmiyyət kəsb edir. Qlobal Bakı Forumu qlobal gündəlikdə duran aktual məsələlərlə məşğul olan ən mühüm beynəlxalq platformalardan biridir. Forumda aparılan müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcək. Qeyd etmək lazımdır ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzə çevrilib.
Qlobal gündəlikdə çox sayda beynəlxalq tədbir, konfrans var. Lakin Qlobal Bakı Forumu iştirakçıların siyahısına, onların təcrübəsinə və intellektual potensialına görə xüsusi yerə malikdir. Burada müzakirə olunan məsələlər beynəlxalq münasibətlərin gələcəyi, dünyanın gələcəyi ilə bağlı qərar verənlərin diqqətini cəlb edir.
Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra təkcə Ermənistanla deyil, onun havadarları ilə də apardığı siyasi və diplomatik mübarizədə bu cür mötəbər forumların və müsbət beynəlxalq əks-səda yaradacaq tədbirlərin keçirilməsi və onlara ev sahibliyi edilməsi çox vacibdir. Ümumilikdə bu platforma ötən ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən müharibə nəticəsində azad edilmiş ərazilərdə və bütövlükdə regionda əməkdaşlıq axtarışı və Azərbaycanın haqq səsinin bütün dünyaya bir daha çatdırılması baxımdan önəmli tədbir oldu. Bu forum həm də dövlətimizə təşkilatçı kimi göstərilən etimadın təzahürüdür. Azərbaycan Qlobal Bakı Forumuna ev sahibliyi etməklə dünya siyasətindəki əhəmiyyətli rolunu bir daha təsdiq edir.
Rəşadət Xalıqov
YAP Nizami rayon təşkilatının sədr müavini