Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda Qara Dəniz Bankının 24-cü İllik toplantısı keçiriləcək

Bakıda Qara Dəniz Bankının 24-cü İllik toplantısı keçiriləcək


İyunun 23-24-də Bakı şəhərində Azərbaycanın sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) Rəhbərlər Şurasının 24-cü İllik toplantısı keçiriləcək.

Newscenter.az xəbər verir ki, bu barədə Maliyyə Nazirlyii məlumat yayıb.

Bildirilir ki, toplantıda Rəhbərlər Şurası Bankın fəaliyyətini qiymətləndirərək 2021-ci il üzrə maliyyə hesabatlarını təsdiq edəcək.

İllik Toplantı çərçivəsində BSTDB, Azərbaycan hökuməti, AZPROMO və regional biznes assosiasiyalarının iştirakı ilə “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində BSTDB-nin rolu” adlı Biznes Forum təşkil ediləcək.

Özəl sektor nümayəndələri və ekspertlərin iştirak edəcəyi forumda iqtisadi diversifikasiya məsələləri müzakirə olunacaq, Qara dəniz regionu üzrə biznes rəhbərləri tərəfindən Azərbaycanda və onun regionlarında ticarət və investisiya imkanları diqqət mərkəzində saxlanılacaq.
Xəbəri paylaş