İyunun 9-dan yeni mövsümün hazırlığına başlayan “Qarabağ” Bakıdakı təlim-məşq toplanışını başa vurub.
Newscenter.az-ın məlumatına görə, "Report" xəbər verir ki, "köhlən atlar" hazırlıq prosesinin ikinci mərhələsi üçün ötən gecə Avstriyaya yollanıb.
Ağdam təmsilçisi sözügedən ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Hələlik rəqiblərin adları bəlli deyil.
Qeyd edək ki, 2022/2023 mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" I təsnifat mərhələsində Polşa "Lex"i ilə qarşılaşacaq.