1990-cı ilin əvvəllərində ölkəmizdə dərin böhran, xaos, nizamsızlıq hökm sürür, AXC-Müsavat iqtidarının səriştəsizliyi səbəbindən dövlət idarəçiliyində hərc-mərclik tüğyan edirdi. Vəziyyət o qədər ağır idi ki, Azərbaycan, vətəndaş müharibəsi və müstəqilliyinin itirilməsi kimi təhlükələrlə üz-üzə qalmışdı. Belə bir ağır zamanda xalqımızın yeganə ümid çırağı Azərbaycan xalqının dühası Heydər Əliyev idi. Xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ümummilli Liderimiz Heydər Əliyev, 1993-cü ilin 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Elə həmin gün parlamentin tarixi iclasında çıxış edən Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasını, möhkəmləndirilməsini, inkişaf etdirməsini özü üçün əsas vəzifələrdən biri hesab etdiyi bildirdi. Eyni zamanda Ümumilli Lider Heydər Əliyev ömrünün bundan sonrakı hissəsini, harada olmağından asılı olmayaraq yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyini və bundan sonra heç zaman Azərbaycan Respublikasının müstəqilliyini itirməyəcəyini, heç bir başqa dövlətin əsarəti altına düşməyəcəyini qətiyyətlə vurğuladı. Parlamentin 1993-cü il 24 iyun tarixində keçirilən növbəti iclasında Milli Məclis, Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bununla da bütün hadisələr dövlət nəzarətinə alınaraq xalqın iradəsinə tabe edildi.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində çox qısa müddət ərzində ölkəmizdə hər bir sahədə inkşaf və tərəqqi dövrü başladı. Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində baş verən dirçəliş Ümumilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır:
“Zaman göstərdi ki, Heydər Əliyev dühasının qeyd etdiyi bütün məsələlər reallığa çevrildi. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş, güclü dövlət olaraq qalib xalq kimi tanınır. Əlbətdə bütün bunlar əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uzaqgörən və müdrik siyasətin nəticəsidir.”
Ruhiyyə