Bakı şəhəri R.Əliyev adına 3 nömrəli tam orta məktəbin müəllimi vəfat edib.
Newscenter.az-ın məlumatına görə, “Report” xəbər verir ki, məktəbdə ingilis dili fənnindən dərs deyən Aynur Orucova iyunun 22-də uzun sürən xəstəlikdən sonra 59 yaşında dünyasını dəyişib.
O, bu gün dəfn ediləcək.
Qeyd edək ki, A.Orucova Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu (indiki Azərbaycan Dillər Universiteti) bitirib. 2011-ci ildən əmək fəaliyyətinə başlayıb.
Allah rəhmət eləsin!