Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecin sonuncu kurs tələbəsi Səfər Niftaliyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
BDU-dan Newscenter.az-a bildirilib ki, o, iyunun 20-də dənizdə batıb.
S.Niftaliyevin meyiti iyunun 22-də tapılaraq ailəsinə təhvil verilib.
Qeyd olunub ki, o, kollecin Tələbə Gənclər Təşkilatının sədr müavini və çox aktiv tələbə olub.