Gəncə şəhərində leysan yağış bir sıra fəsadlar törədib.
Newscenter.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, axşam saatlarından başlayaraq yağan leysan yağışlar xüsusən Məhsəti Gəncəvi qəsəbəsində fəsadlar yaradıb. Yağış suları qəsəbə yollarına, küçələrə və yaşayış evlərinin həyərlərinə dolub.
Qeyd edək ki, Qərb bölgəsində yağıntılı hava şəraiti davam edir.