Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur

Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur


Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.

Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdiyi ilk illərdə respublikamızda normal idarəetmə sisteminin yaradılmaması nəticəsində siyasi qütbləşmə dərinləşmişdi, iqtisadiyyat tənəzzülə uğramışdı, əhalinin sosial vəziyyəti hədsiz dərəcədə ağırlaşmışdı. Hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsizliyi, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq bölgələrdə separatçılıq və parçalanma meyillərinin baş qaldırması qardaş qırğınına və vətəndaş müharibəsinə zəmin yaratmışdı. Azərbaycan bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb. XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa zamandan sonra onun itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkədə hakimiyyət böhranı, qar-şıdurma, xalqın inamsızlığı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa təhlükə qarşısına atırdı. Ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etməklə müstəqilliyimizi qorudu və əbədiləşdirdi. Respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı, xalqın ciddi narahatlığına səbəb olan qeyri-qanuni silahlı birləşmələri zərərsziləşdirdi, ordudakı pərakəndəliyi aradan qaldırdı və vahid ordu formalaşdırdı.

Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən müasir azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarıdır. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutaraq, Heydər Əliyev fenomeninə cevrilərək, iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq göstərərək, əvəzsiz ümummilli lider mövqeyi qazanaraq, xalqın qəlbində özünə əbədi bir heykəl ucaltmışdır!
Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində ulu öndər zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir.

Ulu öndər Heydər Əliyevin xalqın qəlbində əbədiləşən ən əziz xatirəsi həmişə sonsuz bir sevgi və hədsiz qədirbilənliklə yad olunacaq. Onun nurlu obrazı ululuq timsalındadır. Müasir Azərbaycanın banisi olan Heydər Əliyev adı dünya tarixinə bəşəri idealları çiçəkləndirmiş nadir şəxsiyyətlərdən biri kimi daxil olub. O, dünya miqyasında güclü, qüdrətli dövlət xadimi kimi zəmanəmizin əfsanəvi lideri səviyyəsinə yüksəlmişdi.

Bu gün dövlətimiz onun mükəmməl siyasi kursunun üzərində möhkəm dayanaraq regionun ən güclü ölkəsinə çevrilib. Heydər Əliyevin görmək istədiyi Azərbaycan bu gün onun ideyalarının ən layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən zəfər qazanmış dövlət kimi dünya birliyində ən layiqli yer tutaraq inamla gələcəyə baxır!

Tərtər rayon, YAP fəalı - Xəyalə Mustafayeva
Xəbəri paylaş