Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnsanın intihar etməsi onun psixoloji durumundan asılıdır

İnsanın intihar etməsi onun psixoloji durumundan asılıdır


Kişilər arasında intihar məqsədilə özünü yandırmaq halları artıb. İnsanın seçdiyi intihar növü onun psixoloji durumundan asılıdır.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən hüquqşünas Əli İbrahimov deyib ki, insanlar müxtəlif intihar növlərinə üz tutur:

"Bu onların şəxsi, psixoloji durumundan asılıdır. Əgər bir şəxs özünü cəzalandırmaq istəyirsə, özünü yandırır. İntihar edən şəxslərin psixologiyasına nəzər salanda görürük ki, sözügedən şəxs uzun zaman depressiya yaşayıb, həyatdan yorulub, özü ilə bağlı problemləri aşa bilməyib. Nəhayət, özünü cəzalandırmaq üçün canına qəsd edib. Yaxınlarını cəzalandırmaq istəyən şəxs isə intiharı onların gözü qarşısında edirlər. Düşünürlər ki, onların bu addımı yaxınlarına ən böyük cəzadır".

Əli İbrahimov hesab edir ki, kişilərin özünü yandırmağa üstünlük verməsinin səbəbi isə yaşla əlaqədardır:

"Yeniyetmələr heç zaman belə intihara əl atmaz. Əsasən, 40-50 yaşı keçmiş kişilər özünü yandırır. Burada xarakterin də önəmi var. Kişilər adətən ağır intihar növünə müraciət edirlər".

Mehman
Xəbəri paylaş