Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan Azərbaycanın haqq işinə dəstək olan dövlətlərdəndir

Özbəkistan Azərbaycanın haqq işinə dəstək olan dövlətlərdəndir


"İyunun 21-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gedib. Türk Dövlətləri Təşkilatının üzvü olan hər iki ölkə strateji münasibətlərə malikdirlər. Özbəkistan Azərbaycanın haqq işinə dəstək olan dövlətlərdəndir. Xüsusən də son illər iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi müşahidə olunur".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov səsləndirib. O bildirib ki, iqtisadi əlaqələrə gəldikdə isə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 111 milyon 903 min dollar olub:

"Bu 2020-ci ilə nisbətən 16 faiz artım deməkdir. Pandemiya ilində ölkələr 82 milyon 318 min dollarlıq dövriyyəyə malik olublar. Bununla belə, Azərbaycan və Özbəkistan pandemiya dövründə öz aralarındakı ticari dövriyyələrini qoruyub saxlaya və hətta artıra biliblər. Belə ki, 2019-cu ildə dövriyyə 81 milyon 962 min dollar idi".

Deputat diqqətə çatdırıb ki, 2011-ci ildə Azərbaycan Özbəkistandan 78 milyon 431 min dollarlıq mal idxal edib:

"Bu əvvəlki ilə nisbətən 32.5 faiz artım deməkdir. Mərkəz Asiya dövlətinə isə ötən il 33 milyon 490 min dollarlıq mal ixrac etmişik və burada da 44.9 faiz artım qeydə alınıb".

Vüqar Bayramov diqqətə çatdırıb ki, Azərbaycan Özbəkistandan ötən il 4 milyon 862 min dollarlıq televiziya qəbulediciləri, 2 milyon 628 min dollarlıq məişət kondisionerləri alıb:

"Bununla bərabər təzə meyvə (829 min dollar), paltaryuyan maşınları (538.7 min dollar), kağız və kartondan sanitar-gigiyenik məmulatlar (504.9 min dollar), ayaqqabı (131.9 min dollar), təzə tərəvəz (51.1 min dollar) də idxal məhsulları arasındadır. İxracatımıza gəldikdə isə ötən il 7 milyon 51 min dollarlıq şəkər məhsulları Özbəkistana göndərilib. Pandemiyadan öncə 4 milyon 864 min dolallıq etilen polimerləri, 621.9 min dollarlıq sürtkü yağları da dost ölkəyə ixrac olunub. Gözlənilir ki, son dövlət səfəri münasibətlərin daha da dinamik inkişaf etməsinə zəmin yaradacaq və tərəflər qarşılıqlı olaraq mövcud potensialdan daha sıx faydalanacaqlar".

Mehman
Xəbəri paylaş