Türkiyənin Gümüşhane şəhərinin Kürtün rayonunda dağlıq ərazidə qəzaya uğramış Rusiyanın “Orlan-10” pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.
Newscenter.az-ın məlumatına görə, “Report” “Haber Global”a istinadən xəbər verir ki, nə zaman düşdüyü müəyyən edilməyən PUA-nı göbələk yığımına gedən vətəndaşlar tapıb.
1400 kilometr mənzilli PUA-nın müharibə səbəbindən Ukrayna və ya Suriyadan siqnal itdikdən sonra bu bölgəyə gəlib çatdığı güman edilir.
Təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerindən götürülən PUA ekspertiza üçün paytaxt Ankaraya göndərilib.