Beyləqan rayonunda pambıq sahəsində işləyən 15 nəfər zəhərlənib.
Newscenter.az xəbər verir ki, zəhərlənən şəxslər dərhal Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
TƏBİB-dən “Report”a bildirilib ki, onların vəziyyətləri qənatbəxşdir, gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirib ki, qeyd olunan faktla bağlı hazırda Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.