Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə hökm oxunub.
Newscenter.az xəbər verir ki, hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə Ə. Əliyevin əvvəlki cəzası birləşdirilərək 1 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Ə.Əliyev barəsində Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin Sabiq sədri Ramiz Göyüşov tərəfindən xüsusi ittiham qaydasında şikayət verilib.
VİP sədri Əli Əliyev həmçinin 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-yə məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub. Daha sonra R.Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə.Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.