Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda Heydər Əliyev Meydanının açılışı xalqlarımızın qardaşlığının təzahürüdür

Özbəkistanda Heydər Əliyev Meydanının açılışı xalqlarımızın qardaşlığının təzahürüdür


“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Heydər Əliyev Meydanının açılışı olub. Mərkəzində ulu öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılmış meydanın azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşməsi, ərazisinin tamamilə yenidən qurulması, sakinlərin istirahəti üçün hər cür şəraitin yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə olan hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür. Eyni zamanda, bu, Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir”.

Bunu Newscenter.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Ulu Öndər Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşıb, daim qardaş Özbəkistanla münasibətlərə xüsusi önəm verib:

“Ulu Öndər Heydər Əliyev hələ Azərbaycan SSR-nin KP-nın Mərkəzi Komitəsinin I katibi vəzifəsində işləyərkən Özbəkistan SSR-nin KP-nın Mərkəzi Komitəsinin I katibi vəzifəsində çalışan Şərəf Rəşidovla sıx dostluq əlaqələri də olub. Həmçinin, Ümummilli Lider Heydər Əliyevin ötən əsrin 80-ci illərinin ortalarından keçmiş İttifaq ölkələrində başladılan milli ayrı-seçkilik hadisələrinə etirazı, eləcə də Siyasi Büro üzvülüyünə namizəd özbək rəhbər Şərəf Rəşidovun mübarizəsinə dəstək verməsi də heç kəsə sirr deyildir. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra da Ulu Öndər Heydər Əliyev Özbəkistanla əlaqələrə mühüm önəm verib. Məhz Ulu Öndər Heydər Əliyevin verdiyi bu önəmin nəticəsi olaraq 1996-cı ildə Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında isə Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. Həmçinin, Ulu öndər Heydər Əliyevin Türkdilli Dövlətlər Başçılarının IV Forumunda, Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etməsi, Mirzə Uluqbek adına Özbəkistan Milli Universitetinin fəxri doktoru diplomu ilə təltif olunması da özbək xalqının Ümummilli Liderimizə olan xüsusi münasibətinin göstəricisi olub”.

“Ulu Öndər Heydər Əliyevin Özbəkistanla münasibətlərin yüksək səviyyəyə qaldırılmasında, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsində, dostluq əlaqələrinin möhkəmləndirilməsində müstəsna xidmətləri bu gün də xatırlanmaqdadır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Özbəkistanda Heydər Əliyev Meydanının açılışı bir daha Azərbaycan xalqının Ümummilli Liderinə hörmətin, xalqlarımızın qardaşlığının göstəricisidir.

Ruhiyyə
Xəbəri paylaş