Hər bir Azərbaycanlının qürur mənbəyi olan Silahlı Qüvvələrimizin 104-cü il dönümü bu gün tamam olur. Müasir Azərbaycan dövlətinin Milli Ordusu çətin, mürəkkəb və şərəfli yol keçmişdir. 1990-cı illərin əvvələrində erməni təcavüzünə qarşı aparılan ölüm-dirim müharibəsində ilk addımlarını atan silahlı qüvvələrimiz Ulu Öndərimizin hakimiyyəti illərində formalaşmağa başladı və müasir müdafiə sistemimizin ciddi və əsaslı təməli qoyuldu.
Böyük məmnuniyyətlə qeyd etmək olar ki, artıq Azərbaycan Silahlı Qüvvəlləri Dünyanın ən güclü orduları içərisində yer alır. Onu da etiraf etmək lazımdır ki, Ölkə prezidenti İlham Əliyevin Müdafiə sisteminin modernləşməsinə və güclənməsinə göstərdiyi böyük önəm və Silahlı Qüvvələrimizdə apardığı islahatlar əhəmiyyətli nəticələrini verdi və verməkdədi.
Həyata keçirilən islahatlar, Ali Baş Komandan, cənab prezident İlham Əliyevin əsgər və zabitlərə göstərdiyi davamlı qayğı və diqqəti, onların vətənpərvərlik ruhunda formalaşmasına xüsusi əhəmiyyətin verilməsi və ordumuzun ən müasir silahlarla təchiz edilməsi qürurvericidi.
Bütün bunlar heç şübhəsiz ki, 44 günlük Vətən Müharibəsində özünün üstün və konkret nəticələrini göstərdi. Qəhrəman, igid əsgər və zabitlərimiz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 200 ildən başlayaraq üzərimizə gələn və tarixi torpaqlarımızı işğal edərək, qondarma Ermənistan dövlətini yaradan dünya ermənilərinə və onları himayə edən güc mərkəzlərinə tarixin ibrət dərsini verdi. Və erməni faşistləri üzərində möhtəşəm qələbə Azərbaycanı məğlub xalqdan qalib millətə çevirdi.
Ali Baş Komandan, möhtərəm, cənab prezident İlham Əliyev başda olmaqla bütün Silahlı Qüvvələrimizin əməkdaşlarını, generalları, zabitləri, əsgərləri 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranması münasibətilə təbrik edir, onlara möhkəm can sağlığı, şərəfli və çətin fəaliyyətlərində uğurlar diləyirəm. İnanıram ki, bundan sonra da Silahlı Qüvvələrimiz qarşıda qoyulan vəzifələri çox böyük uğurla yerinə yetirəcək, Azərbaycanımızın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasında yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirəcəkdir.
Bayramınız mübarək, Qalib ölkənin, Qalib Ali Baş Komandanı, əsgər və zabitləri!
Fəzail Ağamalı,
Milli Məclisin deputatı,
Ana Vətən Partiyasının sədri