Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıya gəlib.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin rəhbəri tviter hesabında yazıb.
“Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin ilk toplantısında iştirak etmək üçün Bakıdayıq”, - Mövlud Çavuşoğlu bildirib.
Səfərdə onu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu və digər rəsmi şəxslər müşayiət edir.
Anar TAGIYEV