Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Ukraynadakı müharibədə iştirak edən rus qoşun qrupuna baxış keçirib.
Newscenter.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Şoyqu komanda məntəqələrində komandirlərin hazırkı vəziyyət və Rusiya Silahlı Qüvvələrinin əsas əməliyyat bölgələrindəki hərəkətləri ilə bağlı məruzələrini dinləyib.
Şoyqunun dəqiq yeri məlum deyil, lakin Rusiya mediası əmindir ki, Sergey Şoyqu Donbassın işğal olunmuş ərazilərinə gedib.