Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin Orta Asiyaya səfərə çıxır

Putin Orta Asiyaya səfərə çıxır


Rusiya Prezidenti Vladimir Putin gələn həftə Tacikistana, daha sonra isə Türkmənistana səfər edəcək.

Newscenter.az-ın məlumatına görə, “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, Vladimir Putin əvvəlcə Düşənbədə Tacikistan Prezidenti Emomali Rahmon ilə danışıqlar aparacaq.

Daha sonra Rusiya Prezidenti Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İranın daxil olduğu “Xəzər beşliyi”nin sammitində iştirak etmək üçün Türkmənistana gedəcək.

Putin Rusiyaya qayıdandan sonra iyunun 30-da İndoneziya prezidenti Coko Vidodo ilə görüşəcək, o, Rusiya Prezidenti ilə danışıqlardan bir gün əvvəl Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcək.
Xəbəri paylaş