Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qalib xalqın, şanlı ordusu

Qalib xalqın, şanlı ordusu


Azərbaycan iqtisadi gücə malik bir dövlətdir. Bununla yanaşı həm də güclü orducu olan bir ölkədir. Bizim ordumuz ərazi bütövlüyümüzü qoruyan bir gücdür. Ordumuzun gücü 44 günlük Vətən müharibəsi günlərində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə, əsgər və zabitlərimizin dəmir yumruq kimi birləşərək, düşmənin başını əzməsindən də bəlli oldu. Ordumuzun şücaəti, döyüş bacarığı sayəsində indi üçrəngli bayrağımız Qarabağda əzəmətlə dalğalanır. Müzəffər ordumuzun sayəsində qazanılan bu qələbə hər birimiz üçün qürurverici anlarla yaddaşımızda qaldı. Ordumuz yeni bir tarix yazdı.

Cənab Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında qeyd etmişdir ki, Böyük Qələbədə bütün qoşun növlərinin öz payı var. 44 günlük müharibə zamanı , döyüş əməliyyatlarında xüsusu təyinatlıların, sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan ordusunun xüsusi qüvvələri də igidliklər göstərərək iştirak edirdilər. Onların hamısı vahid komandanlıq altında birləşmişdilər. Pilotsuz uçuş aparatları, cəbhə aviasiyası itkilərimizin az olmasında çox böyük xidmətlər edib.

Azərbaycan ordusu peşəkar ordudur. Bunu biz Azərbaycanın incisi olan Şuşanın alınması zamanı da gördük. Əsgər və zabitlərimizin qayalardan dırmaşaraq əlbəyaxa döyüşlə düşmənin başını əzməsi əsl qəhrəmanlıq rəmzi idi.

Ordu ordu ilə, əsgər əsgər əsgərlə döyüşdü və güclü tərəf olan Azərbaycan ordusu müzəffər zəfər qazandı. Təəssüf ki, məğlub olan Ermənistan ordusu müharibə cinayətləri törədərək, şəhər və kəndlərimizi, dinc əhalini atəşə tutdu. Lakin bu cür təxribatlar xalqımızın əzmini qıra bilmədi. Xalqımız Ali Baş Komandan və ordumuzun ətrafında sıx birləşərək, dəmir yumruq kimi düşmənin başını əzdi.

Prezident İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbiçilərlə görüşündə demişdir:
-İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bizim xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə zərbələr vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Biz döyüş meydanlarında qələbələr qazandıq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Həm danışıqlar masası arxasında , həm də döyüş meydanında biz istədiyimizə nail ola bildik. Düsmən 40 il ərzində istehkamlar qurmuşdu. O istehkamları yarıb keçmək , o müdafiə xətlərini dəf etmək çox böyük qəhrəmanlıq və hərbi peşəkarlıq tələb edirdi.

Müzəffər Azərbaycan ordusu qarşısına qoyduğu məqsədinə rəşadətlə nail oldu. O, bütün dünyaya göstərdi ki, torpaqları danışıqlar yolu ilə yox, özünün gücü ilə ədaləti bərpa edərək azad etdi. Azərbaycan əsgəri döyüş meydanında mərdliyi, qəhrəmanlığı, fədakarlığı ilə qələbəyə imza atdı.

Vətən müharibəsindəki qələbə, strateji pnlaşdırma, eyni zamanda peşəkar komandanlığın qələbəsi idi. Zaman keçəcək, bu müharibənin məxfilik qrifi götürüləcək və informasiya daha da çox olacaq. Bizə məlum olan faktlara əsaslanaraq, biz ordumuzun bu müharibəni bir yumruqda birləşərək qələbə çalmasından həmişə qürur duyacağıq.

Şəcahan Gün
Xəbəri paylaş