Son dövrlər dünyada cərəyan edən gərginlik, beynəlxalq münaqişələr və qeyri-sabit proseslər fonunda Ölkə başşısı, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik, düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycan regionun aparıcı dövləti olaraq dünyada etibarlı tərəfdaş, qüdrətli dövlət kimi tanınmışdır.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva səsləndirib. Millət vəkili bildirib ki, ölkəmiz tərəfindən həyata keçirilən layihələr, irəli sürülən təşəbbüslər hər zaman dünya miqyasında dəstəklənmiş, təqdir olunmuşdur:
"Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun ölkəmizə işgüzar səfəri zamanı, Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionunda Rusiyanın mühüm tərəfdaşı və müttəfiqidir deməsi qeyd edilənlərin növbəti bariz sübutudur. Eyni zamanda Rusiya Xarici işlər Nazirliyinin rəsmisi ölkələr arasındakə əlaqələrin bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında formalaşdığını bildirərək, 11-ci Rusiya-Azərbaycan Regionlararası Forumunun bu il Bakıda keçirilməsinin gözlənildiyini xüsusi vurğuladı. Əlbətdə 11-ci Rusiya-Azərbaycan Regionlararası Forumunun bu il Bakıda keçirilməsi ölkəmizə olan böyük etimaddan irəli gəlir. Azərbaycan bir sıra dünya miqyaslı təbirlərə ev sahiblik etməklə yanaşı bir çox beynəlxalq və regional əhəmiyyətli layihələrin icrasını da uğurla həyata keçirir. Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, istər regionda istərsə də dünya miqyasında sabitliyin təmin edilməsinə böyük töhfə verir".
Sədaqət Vəliyeva bildirib ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və dinamik şəkildə inkişaf etdirilmiş, bunun da nəticəsində Azərbaycan çox böyük diplomatik, siyasi uğurlara imza atmışdır:
“Ölkəmizdə həyata keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər, dünya miqyasında Azərbaycana olan inamının, etimadın və Azərbaycan Prezidenti cənab İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzunun göstəricisidir.”
Ruhiyyə