Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Abdullayev yazır: ZƏFƏR ORDUSU

Vaqif Abdullayev yazır: ZƏFƏR ORDUSU


Müzəffər Azərbaycan Ordusu bu gün 104 yaşını qeyd edir. 1918-ci il iyunun 26-da Milli Silahlı Qüvvələrimizin yaradılması ölkəmizdə ordu quruculuğunun şanlı səhifəsini açmışdır. Çox təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə son verilməsi ilə Azərbaycanda milli ordu quruculuğunun formalaşması yarımçıq qalaraq bir əsr geriyə düşmüşdür. Ancaq öz dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xilaskar Lideri Ulu öndər Heydər Əliyevin hələ birinci hakimiyyəti illərində sovetlərin tərkibində olmasına baxmayaraq respublikamızda hərbi kadrların və milli ordunun formalaşmasını yaradılmasını təmin edən möhkəm təməllər üzərində 1994-cü ildən sonra güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik Silahlı Qüvvələri yaradıldı.

Ümummilli liderin genişmiqyaslı islahatlar həyata keçirməsi sayəsində peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdı, döyüş qabiliyyəti yüksəldi, maddi-texniki bazası möhkəmləndirildi. Silahlı Qüvvələrimiz modernləşdirildi, ən qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırıldı.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində isə Ordumuzun peşəkarlığının və döyüş qüdrətinin artırılması istiqamətində dayanmadan fasiləsiz addımlar atıldı. Qardaş Türkiyə ilə birgə hərbi təlimlərin keçirilməsi, Ordumuzun Türkiyənin NATO-da böyük nüfuz qazanmış Türk komandosları ilə çiyin-çiyinə döyüş hazırlıqları həyata keçirməsi, ən son nəsil hərbi silah-sursatların alınması və Milli döyüş qüdrətinin güclənməsi Azərbaycan Ordumusunun faşist Ermənistan üzərində şanlı Qələbəsini təmin etdi.
Rəşadətli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuraraq 30 illik işğala son qoydu, ərazi bütövlüyünü təmin etdi.

Vətən müharibəsindən sonra da Ordu quruculuğunu gücləndirən Cənab İlham Əliyev yeni reallıqlara və şəraitə uyğun olaraq ən müasir hərbi birliklərin yaradılması, hərbi texnika parkının daha da müasirləşməsi, qardaş Türkiyə ilə birlikdə hərbi layihələrin genişlənməsi istiqamətində qətiyyətli islahatlar aparmaqdadır. Hadrut qəsəbəsində Komandas tipli hərbi hissənin açılması, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl və digər ərazilərdə ən yeni hərbi hissələrin istifadəyə verilməsi peşəkar və Zəfət Ordumuzun qüdrətini daha da artırır.

Bu gün Qarabağ və Şərqi-Zəngəzur ən şərəfli dövrünü yaşayır, indi bu doğma torpaqlarımız geniş quruculuq meydanına çevrilib. Bizə bu qüruru yaşadan Ordumuzla fəxr edirik.

Bizə parlaq Qələbəni qazandıran şəhidlərimizin ruhu qarşısında baş əyir, onların aiələlərinə Allahdan səbr diləyirəm, igid Qazilərimizə sonsuz minnətdarlığımı bildiriəm.

Şanlı tariximizə Zəfər səhifəsini yazan Zəfər Ordumuza eşq olsun!

Yaşasın Yenilməz Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyev!

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş