Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Jalə Əhmədovanın dəstəyi ilə şəhid, qazi və hərbiçi övladları üşün xeyriyyə aksiyası keçirilib-FOTOLAR

Deputat Jalə Əhmədovanın dəstəyi ilə şəhid, qazi və hərbiçi övladları üşün xeyriyyə aksiyası keçirilib-FOTOLAR


Milli Məclisin deputatı Jalə Əhmədovanın dəstəyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı və cərrah Şirin Muştaqovun təmənnasız iştirakı ilə Vətən müharibəsi şəhidlərinin, qazilərin və hərbiçilərin oğlan övladları (20 uşaq) üçün növbəti xeyriyyə aksiyası keçirilib.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı millət vəkili verib. Jalə Əhmədova qeyd edib ki, Gəncə şəhəri, VMR Estetik Klinikasında baş tutan xeyriyyə aksiyasında şəhid ailələri, qazilər və hərbiçilərin ailələrinə gözaydınlığı verilib, uşaqları isə hədiyyələrlə sevindirilib.

Deputat tədbirin keçirilməsi üçün öz dəstəyini əsirgəməyən VMR Klinikasının rəhbəri Vüsal Həsənova, aksiyanın təşkilatı işlərini yüksək səviyyədə yerinə yetirən Müdafiə Nazirliyinin əməkdaşı Zümrüd Səmədovaya və Bakı şəhər Mədəniyyət Baş idarəsinin Yaradıcı kollektivin rəhbəri Nərminə Qafarlıya, eləcə də xeyriyyə aksiyasında təmənnasız olaraq iştirak edən cərrah Şirin Muştaqova xüsusi minnətdarlığımı ifadə edib.



Ruhiyyə
Xəbəri paylaş