“Mən partiyanı heç kimə vəsiyyət etmək fikrində deyiləm”.
Newscenter.az xəbər verir ki, bu sözləri Modern.az-ın “özünüzdən sonra partiyanın rəhbərliyində kimi görmək istəyirsiniz” sualına cavabında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O qeyd edib ki, 100 yaşa qədər yaşamağı düşünür:
“Mən 100 yaşıma qədər yaşayacam. 93-95 yaşımda, ölənə yaxın isə partiyanı ləğv edəcəm ki, heç kimə qalmasın. Vəsiyyət edəcəm ki, öləndə partiyanın sənədlərini mənimlə basdırsınlar”.
Partiya sədrinə müavini Gülər Əhmədovanı xatırlatdığımızda isə o heç bir kadra ehtiyacının olmadığını qeyd edib:
“Gülər xanım hələ idarə heyətinin tapşırıqlarını yerinə yetirsin, gedib rusları müdafiə edir. O məsələlərə də baxılacaq. Gülər xanımdan narazılığım yoxdur, çox istəyirəm. Amma mən hələ gümraham, arxayın olsunlar. Payızda qurultayımız olacaq, müəyyən məsələlərə orada aydınlıq gətirəcəyik”.