"Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Buna ilk növbədə iki ölkənin dövlət başçılarının səmimi münasibətləri təkan verir".
Newscenter.az-ın məlumatına görə, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
"Strateji müttəfiqliyimiz dostluq və qardaşlıq əlaqələri üzərində qurulub. Vətən müharibəsi zamanı qardaş Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək danılmazdır. Bildiyiniz kimi, 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan və Türkiyə prezidentləri tərəfindən iki qardaş ölkə arasında strateji müttəfiqlik barədə Bəyannamə imzalanıb. Bu Bəyannamənin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində, deyərdim ki, müstəsna rolu var. Bəyannamədən irəli gələn fəaliyyətlər Azərbaycan Ordusunda planlı şəkildə yerinə yetirilir", - Zakir Həsənov vurğulayıb.