Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xalqımızı tarixi zəfərə qovuşdurmuş Rəşadətli Azərbaycan Ordusu

Xalqımızı tarixi zəfərə qovuşdurmuş Rəşadətli Azərbaycan Ordusu


Heydər Əliyevin təhlükəsizlik siyasəti və strategiyası, ordu quruculuğu ilə bağlı başladığı işlər dövlətimizin başçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin prezidentlik fəaliyyətinə başladığı ilk gündən uğurla davam etdirilib, hərbi quruculuq məsələsi əsas istiqamətlərdən biri olub.

2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirmişdir ki, “Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.

Bu gün Azərbaycan Ordusu dünyada sədaqəti və hünəri ilə Vətəni şərəfləndirən dünyanın seçilən və diqqət mərkəzində olan hərbi gücləri sırasındadır. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi çox mühüm tədbirlər ordunun maddi - texniki bazasının möhkəmləndirilməsi, müasir silahlarla təchiz edilməsi, əsgər və zabitlərə qayğı və diqqətin artırılması 44 günlük Vətən müharibəsində öz sözünü dedi. O taleyüklü günlərdə Azərbaycanın Silahlı Qüvvələri, igid oğullarımız döyüşlərdə əfsanəvi qəhrəmanlıqlar göstərdilər. Bu gün iftixarla, fəxrlə deyə bilərik ki, Rəşadətli Azərbaycanın Ordusu hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə döyüş nümayiş etdirdi. Məhz bunun nəticəsi idi ki, müharibənin gedişində silahlı qüvvələrimiz möhtəşəm uğurlara imza atdı, döyüş meydanında öz üstünlüyünü dəfələrlə sübut etdi. Erməni tərəfinin təqribən 30 il ərzində müqəddəs torpaqlarımızda yaratdığı müdafiə xətlərini, mühəndis qurğularını şücaətlə dağıtdı, komanda məntəqələrini, çox sayda hərbi texnikasını, canlı qüvvəsini darmadağın etdi. Bu, silahlı qüvvələrimizin dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsinin əbəs deyilmədiyini təsdiqlədi.

Ali Baş Komandan İlham Əliyevin inamla rəhbərlik etdiyi yeni tipli müasir ordunun dünya hərb tarixinə yazdığı nümunəvi döyüş idi. Vətən müharibəsini parlaq qələbə ilə başa çatdırmasını şərtləndirən digər amillər sırasına isə döyüş hazırlığının bütün tələblərini yerinə yetirmək üçün şərait yaradılması, irimiqyaslı təlimlərin keçirilməsi, ordunun Ali Baş Komandanın diqqəti və səyi nəticəsində müasir silahlarla silahlandırılması, artilleriya və aviasiyanın, eləcə də digər sahələrin inkişaf etdirilməsi daxil edilə bilər.

Elə buna görə də hər bir Azərbaycan vətəndaşı Rəşadətli Azərbaycan Ordusu ilə, Ali Baş Komandanı ilə, əsgər və zabiti ilə fəxr edir, onları alqışlayır və gələcək qələbələrimizə inanır. Silahlı qüvvələr günü hər birimiz üçün olduqca, əziz və qürurverici bir gündür.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Silahlı Qüvvələrinin gücü dövlət müstəqilliyimizin əbədiliyinin və sarsılmazlığının mötəbər təminatıdır!

Yaşasın Müzəffər Ali Baş Komandan!
Yaşasın Rəşadətli Azərbaycan Ordusu!

YAP Tərtər rayon təşkilatının məsul əməkdaşı - Əli Paşayev
Xəbəri paylaş