Azərbaycanda ilk dəfə olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhəri İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi’nin təşkilatçılığı ilə Bakıda Milli Qurama Festivalı keçiriləcək.
Newscenter.az “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə istinadən xəbər verir ki, festival zamanı Azərbaycan muzeylərinin fondlarında saxlanılan qurama nümunələri və qurama sənətkarlarının əl işlərindən ibarət sərgi nümayiş olunacaq, qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiriləcək.
Tədbirdə, həmçinin qurama ilə bağlı şeir və bayatı nümunələrindən ibarət poeziya axşamı, musiqi gecəsi təşkil olunacaq.
Festival 7 iyul - 7 avqust 2022-ci il tarixlərində Bakının bir neçə məkanında baş tutacaq.
NEWSCENTER.AZ