Azərbaycanda tanınmış ginekoloq intihar edib.
Newscenter.az xəbər verir ki, “Report”un məlumatına görə, hadisə dünən Yasamal rayonunda baş verib.
Belə ki, həkim-ginekoloq Xalidə Kəngərli özünü yaşadığı çoxmərtəbəli binanın 11-ci mərtəbəsindən atıb.
Həkim aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Baş Prokurorluqdan "Report"a faktı təsdiq ediblər. Qeyd edilib ki, hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.