Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Gənclərin xarici ölkələrdə təhsil alması üçün müsahibə mərhələsi başlayır

“Gənclərin xarici ölkələrdə təhsil alması üçün müsahibə mərhələsi başlayır


İyunun 28-dən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil üzrə müsahibələrin keçirilməsinə start verilir.

Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müsahibə mərhələsi Təhsil Nazirliyi, Dövlət Neft Fondunun nümayəndələri və müvafiq sahə üzrə ekspertin iştirakı ilə həyata keçirilir.

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə dünyanın nüfuzlu universitetlərdə təhsil almaq üçün müvafiq Seçim Qaydalarının tələblərinə uyğun olaraq sənədlərini təqdim etmiş və müsbət qiymətləndirilmiş namizədlər müsahibə mərhələsinə keçid əldə edirlər.

R.Mehdiyeva
Xəbəri paylaş