Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aygün Əliyeva: "Agentliyin Müşahidə Şurası layihələri oxuyarkən “Sizin eynəyiniz”dən, qiymətləndirmə apararkən “Sizin qələminiz”dən istifadə etməyib"

Aygün Əliyeva: "Agentliyin Müşahidə Şurası layihələri oxuyarkən “Sizin eynəyiniz”dən, qiymətləndirmə apararkən “Sizin qələminiz”dən istifadə etməyib"


“Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin qalibləri elan edildi.

Hər bir müsabiqə iştirakçısına təşəkkür edir, qalibləri səmimi qəlbdən təbrik edirəm. Layihələrin texniki seleksiyasını həyata keçirən Agentliyin əməkdaşlarına, hər layihəni 3 istiqamət üzrə qiymətləndirən müstəqil ekspertlərə və nəhayət həlledici qərar verən Müşahidə Şurası üzvlərinə minnətdaram.

Dünəndən bəri müsabiqə haqqında müxtəlif fikirlər səsləndirilir və əksəriyyətin, hətta layihə verib, lakin qalib olmayan insanların Agentliyin fəaliyyətində şəffaflığa inanması məni çox qürurlandırır…Hər birinizə sonsuz minnətdarlığımı qəbul edin.
Narazı qalan azsaylı insanları isə 2 qrupa bölmək olar.

1.Qaliblərin “keçmiş vurulmuş məmur”, “indiki korrupsioner məmur”,”FETO”çu və s. olduğunu iddia edənlər;
2. Öz layihəsi və ya “dost” larının layihəsi maliyyələşmədiyi üçün narazı qalanlar və facebook statusu ilə “ədalət” axtaranlar

Əziz dostlarımız, həmkarlarımız!

İlk növbədə onu deyim ki, biz Agentlik olaraq ayrı-ayrı şəxslərin “sponsoru” deyilik, layihələrə (ideyalara) qrant vermişik. QHT sədrinin siyasi əqidəsindən, həyat tərzindən və s. asılı olmayaraq bu ölkədə fəaliyyət göstərmək üçün hüquqi əsası olan hər bir ictimai birlik bizim üçün bərabərdir. Əgər Sizin “fərd olaraq” kiminsə Vətənə xəyanəti, qeyri-sağlam qüvvələrə xidmət etməsi ilə bağlı faktınız varsa, hüquq-mühafizə orqanlarına müraciət edə bilərsiniz, biz də bu xidmətlərinizə görə Sizə minnətdar olarıq…

O ki qaldı şəxsi maraqları fonunda “ədalət”axtaranlara…Bu fikirdə olanlardan üzr istəyirəm ki, dəfələrlə dəyişən əqidənizin və siyasi baxışlarınızın fonunda axtardığınız “ədalət”in konkret harda olduğunu müəyyənləşdirə bilməmişik. Amma çox şadam ki, Agentliyin Müşahidə Şurası və müstəqil ekspertlər layihələri oxuyarkən “Sizin eynəyiniz”dən, qiymətləndirmə apararkən “Sizin qələminiz”dən istifadə etməyib. Əvvəlcədən müəyyənləşmiş dəqiq meyarlar üzrə qiymətləndirmə aparılıb və şübhəsi olan şəxslər öz layihə ilə bağlı verilən ballar ilə tanış ola və təqdimat video-yazısına baxa bilər…

Sonda…

Tanrıya şükürlər olsun ki, Şuşa bizimdir və bu statusu Şuşanın təmiz havasını udub, əsrarəngiz gözəlliyini seyr edərək yazıram və bir daha əmin oluram ki, əzəli hisslər gəldi-gedərdi, əbədi dəyərləri qorumaq lazımdır…

“Şuşa” adı olan hər yerdə hər bir azərbaycanlı qalibdir…Bu bir “qrant”la, “layihə” ilə müqayisə oluna bilməz…

Aygün Əliyeva-QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru
Xəbəri paylaş