"Saakyanın Qarabağda müqavilə əsasında Ermənistan hərbçilərin qulluq edəcəyinə dair dünənki bəyanatı Paşinyanın səmimi olmadığının göstəricisidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zaur Məmmədov səsləndirib. O bildirib ki, Azərbaycan ərazisinə erməni hərbçilərin gəlişi Üçtərəfli Bəyanatı pozur:
"Bu isə , yeni hərbi əməliyyat riskini artırır. Bu dəfəki müharibə isə, təkcə Xankəndi ilə yekunlaşmayacaq. Bunu İrəvan başa düşməlidir. Qonşu dövlələr isə, başa düşməlidirlər ki, 44 günlük müharibəyə qədərki dövrdə olduğu kimi hazırda da onlar bölgəni alova qərq edə bilərlər. Alovun azərbaycanlılar üçün simvolik əhəmiyyət daşıdığını unutmasınlar".
Mehman