Müstəqillik əldə etdikdən sonra Azərbaycan həyatın hər sahəsində çətinliklərlə üz-üzə qalmışdı. Qonşu dövlətin daşnaksütun qüvvələri ölkəmizin Dağlıq Qarabağ bölgəsinə və ətraf rayonlara dəfələrlə silahlı basqınlar etsə də əliyalın sakinlər, həmin ərazilərin qorunmasına yollanan biz müdafiəçilər onların cavablarlınlı yetərincə verə bilmirdik. Bu səbəbdən torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə yüzlərlə vətən övladları şəhid olmuş, əbədiyyətə qovuşmuşlar. Dönüb doxsanıncı illərə baxanda o çətin şəraiti, yağı düşmənin azqınlıqlarını, həmçinin silahlı basqınlardan canlarını qurtaran minlərlə soydaşlarımzın düşdükləri ağır vəziyyəti, torpaqlarımızın işğal altında qalmasını xatırlasaq da, Azərbaycanın ilbəil inkişaf etdiyini, Milli Ordumuzun gücləndiyini gördükcə fərəhimiz artır. Müharibə şəraitində yaşayan ölkəmizdə ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifələrdən biridir.
Azərbaycanın Dövlət Müstərilliyinin məhv olması, vətəndaş müharibəsi təhlükəsinin yaşandığı bir dövrdə xalqın təkidli çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev ilk olaraq Milli Ordu quruculuğunun yaradılmasına və bazasının gücləndirilməsinə diqqət göstərib. Bu siyasi yolu uğurla davam etdirən Prezident İlham Əliyev də ordumuzun güclənməsi və inkişafı üçün ardıcıl olaraq əməli işlər görüb və görür.
26 iyun dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşan, 30 ilin işğalına 44 gündə son qoyaraq ədaləti bərpa edən Azərbaycan Ordusunun şərəf günüdür. Şanlı tarix yazan Azərbaycan Ordusu işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızı yüksəklərə qaldırdığı üçün bu gün qürurludur. Tarixin bütün sərt sınaqlarından üzüağ, şərəflə çıxan Azərbaycan xalqının yenilməzliyini, məğrurluğunu bir daha dünyaya nümayiş etdirən rəşadətli ordumuz illərdir ermənilərin yaratdığı mifləri darmadağın etdi.
Birinci komando hərbi hissəsi 24 dekabr 2021-ci ildə işğaldan azad edilmiş Hadrutda istifadəyə verilib: “Cəmi 6 ay sonra yeni yaradılmış növbəti komando qüvvələrinin hərbi hissəsinin Kəlbəcərdə açılış mərasiminin keçirilməsi onu göstərir ki, Azərbaycanda 44 günlük Vətən müharibəsindən sonra da ordu quruculuğu prosesi sürətlə gedir. Yeni formalaşdırılan komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. Bununla bərabər bütün sərhədlərdə hərbi hissələr yaradılıb. Müharibədən ötən müddət ərzində Azərbaycan ordusu daha da gücləndirilib, müasir silahlarla təchiz edilib. Müharibədən sonrakı vəziyyət bir daha göstərir ki, bu gün Azərbaycan Ordusu həm təchizat, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən daha güclüdür. Heç şübhəsiz ki, ordunun daha da gücləndirilməsi tədbirləri postmünaqişə reallığı ilə barışmayan revanşistlərə və onların havadarlarına mühüm hərbi mesajdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bildirdiyi kimi, dünyanın aparıcı qüvvələri postmüharibə reallıqlarını artıq qəbul ediblər və öz fəaliyyətini bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir”.
Doğma Azərbaycanımızın işğaldan azad edilmiş ərazilərində geniş bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Xalqımızın və Vətənimizin mənafeyi naminə yorulmadan çalışan dövlət başçımız hər dəfə işğaldan azad olunmuş rayonlara səfər edərkən görülən işlərlə yaxından tanış olur, yeni layihələrin, binaların, obyektlərin təməlini qoyur. Azərbaycan Prezidenti çıxışlarında dəfərlərlə bəyan etmişdir ki, işğaldan azad olunmuş ərazilər tezliklə yenidən qurulacaq və dünyanın ən gözəl güşələrindən birinə çevriləcəkdir. Sakinlərimiz öz doğma yurd – yuvalarına qayıdacaqlar. Bu bizim qarşımızda duran ən vacib vəzifələrdən biridir. Prezident, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti və qətiyyəti sayəsində Kəlbəcər bir güllə atılmadan azad edildi. İşğaldan azad edilən digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də bərpa –quruculuq işləri davam etdirilir. İnfrastruktur, elektrik, su təchizatı yenilənir. Azərbaycan indi beynəlxalq münasibətlərdə daha böyük ehtiram göstərilən dövlətdir. Beynəlxalq hüquq işləmədiyi indiki zamanda güc amili ön plandadır. Şərait göstərir ki, güc amili bundan sonra da dünyada hakim olacaq Ona görə də daha güclü olmalıyıq, güc toplamalıyıq. Həm hərbi qüdrətimizi, həm də iqtisadi gücümüzü artırmalıyıq.
N.Həsənli