Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fikrət Yusifov: "Uduzanda da layiqli davranmağı bacarmalıyıq"

Fikrət Yusifov: "Uduzanda da layiqli davranmağı bacarmalıyıq"


Bu günlərdə rəbərlik etdiyim “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” ilə bağlı keçirtdiyi qrant müsabiqəsinin qalibi olub. Biz Şuşamızı Amerika Birləşmiş Ştatlarında və Avstryada təbliğ etməyi planlaşdırırıq. ABŞ-n Kaliforniya ştatında bir milyondan artıq erməninin yaşadığı bir məkanda bu tədbiri keçirtmək o qədər də asan deyil. ABŞ-da və xüsusilə onun Kaliforniya ştatında erməni lobbisi yetərincə güclüdür. Lakin bu bizi qorxutmur, əksinə daha da ruhlandırır ki, biz haq işimizi - Şuşa həqiqətlərimizi onu bilməyənlərə məhz bu məkanda insanlara olduğu kimi çatdıraq.

Şuşa ili ilə bağlı keçirilmiş müsabiqənin qalibləri elan olunduqdan sonra sosial şəbəkələrdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və onun yeni rəhbərliyinin ünvanına “layihəsi keçməyən” Qeyri Hökumət Təşkilatları tərəfindən basqılar edilir. Mən Azərbaycanda dövlət qurumları tərəfindən tenderlərin keçirilməsi sahəsində baş verən nöqsanları hər kəsdən daha çox tənqid edənlərdən biriyəm. Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni rəhbərliyi həqiqətən də seçimlərin şəffaf və ədalətli olması üçün çalışır. Belə olan halda gəlin onlara dəstək verək, əməllərimizlə onlara kömək edək. Cılız, şəxsi maraqlar müstəvisindən çıxış edib, özümüzü gülünc vəziyyətə salmayaq. Həmişə qalib gəlmək mümkün deyil, uduzmağı da bacarmaq lazımdı.

Sonda tam səmimiyyətlə deyirəm: təqdim etdiyim layihənin qalib olması və ya olmaması məni heç düşündürmür, məni düşündürən Şuşanı xaricdə Şuşa adına layiq bir səviyyədə təbliğ edə bilməkdir. Bu səbəbdən kimsə bu işi ABŞ-ın Kaliforniya ştatında (San-Fransisko və Sakramento şəhərlərində) bizdən daha yaxşı keçirə bilərsə, mən bu layihədən məmuniyyətlə imtina etməyə hazıram.


“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri
Xəbəri paylaş