Aşqabadda Azərbaycan- İran liderləri arasında görüş başa çatdı.
Onlar arasında ilk və son görüş ikitərəfli münasibətlərin gərgin vaxtında baş tutmuşdu. Həmin görüşdən sonra Tehranın Bakıya baxış bucağında mülayimləşmə hiss olundu. Nəhayət , Azərbaycan və İran arasında Naxçıvanı Bakıya bağlayacaq yeni layihə ilə bağlı razılaşma əldə edildi.
Lakin, təəssüflər olsun ki, bəzi farslardakı imperializm psixologiyası hələ də davam etməkdədir. Əgər belə olmayasaydı, biz müntəzəm olaraq anti - Azərbaycan bəyanatlarına şahidlik etməzdik.
İranda başa düşməlidirlər ki, Azərbaycan o dövlətdir ki, Tehranın dar günlərində ona qarşı formalaşan koalisiyada iştirak etmədi, əksinə əsl qonşu olduğunu sübut etdi. 44 günlük müharibədən sonra da Bakı bütün qonşuları üçün bölgədə münasibətləri inkişaf edəcək maraqlı layihələr təklif edir. Azərbaycan qalib dövlət, Şərqlə - Qərbin qapısı, bütün sivilizasiyalar və vacib nəqliyyat- kommunikasiya kəsişməsində yerləşən dövlət kimi müxtəlif platformalar vasitəsilə Cənubi Qafqazı sülh yuvasına çevirmək niyyətindədir.
Zaur Məmmədov-Bakı Politoloqlar Klubunun sədri