Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bayıl qəsəbəsi Arif İsmayılov küçəsində təmir işləri aparılır-VİDEO

Bayıl qəsəbəsi Arif İsmayılov küçəsində təmir işləri aparılır-VİDEO


Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakı şəhəri və onun qəsəbələrində icra olunan tədbirlər Səbail rayonunu da əhatə edir. Bu çərçivədə rayonun Bayıl qəsəbəsində Arif İsmayılov küçəsi, dalan 2 üzrə təmir işləri aparılır.

Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, 320 metr uzunluğa malik küçənin eni ortalama 5 metrdir.

Sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu.

Aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir. Belə ki, küçəboyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının salınması işləri görülüb,12 sm olmaqla yeni asfalt örtüyü döşənməsi icra olunub.

Yol çiyinlərinin doldurulması, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi və layihə hündürlüyünə qaldırılması ilə təmir işləri yekunlaşacaq.

Tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla aparılan yenidənqurma və bərpa işləri daha sonra qəsəbənin uzunluğu 500 metr olan Fərman Qurbanov küçəsində aparılacaq.



Sevinc

Qeyd edək ki, cari ildə Səbail rayonu üzrə ümumi uzunluğu 5 km təşkil edən küçə və yolun təmiri nəzərdə tutulur.
Xəbəri paylaş