Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevlaxda əməliyyat zamanı polisə xəsarət yetirilib

Yevlaxda əməliyyat zamanı polisə xəsarət yetirilib


Yevlaxda əməliyyat zamanı polisə xəsarət yetirilib.

DİN-in Mətbuat Xidmətindən Newscenter.az-a bildirilib ki, Yevlax rayonunun Hacıselli kəndi ərazisində narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsi barədə Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında polis əməkdaşları həmin əraziyə getmişlər.

Narkotik tərkibli bitkilərin əkilib-becərdilməsini təşkil edən əvvəllər məhkum olunmuş, kənd sakini Röyal İsmayılov saxlanılarkən polis əməkdaşına kəsici alətlə xəsarət yetirmişdir. Ərazidən 50 ədəd çətənə kolu aşkar olunaraq götürülmüşdür.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbəri paylaş