Prezident İlham Əliyev iyunun 29-da Türkmənista səfər etdi və Türkmənistanın paytaxtı Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etdi. Ölkə Prezidenti Zirvə Toplantısında çıxışı etdi və çıxışı zamanı bir sıra mühüm məqamlara toxundu.
Birincisi məqam odur ki, Prezident çıxışı zamanı Türkmənistan ilə Azərbaycan arasındakı münasibətlərə toxundu. Bu çıxışda Prezidentin Türkmənistana və onun dövlət başçılarına yanaşması diqqət çəkdi. Bildiyimiz kimi Türkmənistan xarici siyasətdə olduqca ehtiyatlı və kövrək davranış sərgiləyir. Buna baxmayaraq Rəsmi Bakı hazırda Türkmənistan ilə ən sıx xarici siyasət aparan ölkədir. Türkmənistanın Xəzəryanı ölkələrə və digər türk respublikalarına da sərhədləri var. Buna görə də bu ölkə Bakı və Türk İttifaqı üçün vacib sayılır.
İkinci məqam Prezidentin çıxışında ən diqqətçəkən məqam Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə bağlı fikirləri oldu. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzləridir. Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə bağlı Prezidentin verdiyi mesaj əslində Transxəzər boru kəməridir. Məlumdur ki, Rəsmi Bakının enerji siyasətinin ən önəmli layihəsi Transxəzərdir. Amma təəssüf ki, bir sıra xarici təsirlərə görə bu layihə bu gün də icra edilməyib. Əgər Transxəzər layihəsi reallaşsa Mərkəzi Asiya ölkələrinin neft və qazı Azərbaycana, daha sonra isə rəsmi Bakının icra etdiyi layihə ilə Avropa bazarına çıxarıla bilər.
Üçüncü məqam isə odur ki, Prezident çıxışı zamanı Azərbaycanın, ölkələrin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verdiyini vurğuladı. Eyni zamanda Azərbaycan Prezidenti Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiyamın tarixi əhəmiyyət kəsb etdiyini də qeyd etdi. Ölkə başçısı çıxışında bu məsələyə təsadüfi toxunmadı. Burada Prezident İrana mesaj verdi. Bildiyimiz kimi Xəzərin hüquqi statusu ilə bağlı sənəd qüvvəyə minməyib. Çünki buna İran mane olur. Yəni İran əsassız tələblər irəli sürür. Buna görə də ölkə başçısı çıxışı zamanı açıqca bildirdi ki, sənəd Xəzərin hüquqi statusunu müəyyən edib.
Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının İdarə Heyətinin üzvü Könül İsmayılova