Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda tarix-memarlıq abidəsinə edilən qanunsuz müdaxilənin qarşısı alınıb

Bakıda tarix-memarlıq abidəsinə edilən qanunsuz müdaxilənin qarşısı alınıb


Bakı şəhəri İslam Səfərli küçəsi 12 ünvanında yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsinə edilən qanunsuz müdaxilənin qarşısı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən alınıb.

Newscenter.az xəbər verir ki, bu barədə adı çəkilən Xidmət məlumat yayıb.

Belə ki, həmin tarix-memarlıq abidəsinin üzərində əlavə mərtəbənin inşasına başlanıldığı aşkar edildikdən sonra, taxta konstruksiya ilə aparılan tikinti işləri sökülərək, tarixi bina əvvəlki görkəminə qaytarılıb.

Qeyd edək ki, qanunsuz müdaxilə ötən gün baş verib.

Sevinc
Xəbəri paylaş