Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Din cəmiyyətdən və cəmiyyət dindən nə istəyir?

Din cəmiyyətdən  və cəmiyyət dindən nə istəyir?


Dinlə bağlı düşündükdə ilk ağlıma gələn suallardan biri belədir: Din cəmiyyətdən nə istəyir və cəmiyyət dindən nə istəyir? Dini mətnlərə, dinin bu günə kimi olan seyrinə nəzər saldıqda bu sualın cavabı və ya cavabları sadədir. Din qəlizliyi sevmir. Mahiyyətindən uzaqlaşdırıldıqda zərər görür və ya zərər üçün vasitəyə çevrilir. Dinlərə görə dəyişsə də, dinin mahiyyəti Yaradanın varlığı və buyuruqları, yaradılanın səadəti, məsuliyyəti və hüdudları, digər yaradılmışlarla münasibəti və sairdən ibarətdir. Dini radikallığa, fanatizmə, aqressiyaya və s. yönləndirməyin nəticələrini hamı bilir. Bununla yanaşı onu əsas məqsədindən uzaqlaşdırıb sadəcə akademik həyata həbs etmək də dinə kənardan baxış deməkdir.

Müasir dövrdə dinin akademik sahəyə yox, bu dövrün özü ilə gətirdiyi fərdi və ictimai problemlərlə mübarizəyə yönəldilməsi zəruridir. Fəzlur Rəhmanın da dediyi kimi əks təqdirdə cəmiyyətlər psixoloji dəstək dərmanlarına getdikcə daha çox ehtiyac duyacaq və bunları ovuc-ovuc içəcəkdir. Əsas hədəfi şəxsiyyət, bəşəri münasibətlər, metafizika və s. olan dini başqa istiqamətlərə çəkmək müasir dövrdə daha da əhəmiyyətsizləşib. Danimarka və Hollandiya kimi kiçik ölkələrin dünya kənd təsərrüfatındakı payı ortada ikən, " Hicri I əsrdə kənd təsərrüfatı" adlı bir araşdırma aparmaq türklər demiş "abesle iştiqal"dan başqa bir şey deyildir. İstehlak tarixi bitən mövzuları "elmi çərçivə"yə salaraq yeni kimi təqdim etməyin istehsalata bir faydası yoxdur.

Mehman İsmayılov- Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru
Xəbəri paylaş