Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İltizam Yusifov: "Bütün fəaliyyəti dövründə polis-vətəndaş, polis-cəmiyyət münasibətləri çox yüksək səviyyədə qurulub"

İltizam Yusifov: "Bütün fəaliyyəti dövründə polis-vətəndaş, polis-cəmiyyət münasibətləri çox yüksək səviyyədə qurulub"


2 iyul ölkəmizdə Azərbaycan Polisinın yaranmasının (104-cü) ildönümü və Polislərin peşə bayramı günü kimi qeyd edilir. Azərbaycan polisi yarandığı gündən bu günə qədər vəzifələrinin öhdəsindən layiqincə gəlir.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İltizam Yusifov səsləndirib. Millət vəkili qeyd edib ki, daxili sabitliyi qorumaq, hüquq normalarına riayət olunmasını təmin etmək, cinayətkarlıqla mübarizə aparmaq, vətəndaşların həyatını, əmlakını və hüquqlarını qorumaq, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı yönələn istənilən qüvvələrə qarşı mübarizə aparmaq və s. Azərbaycan polisinin ümdə vəzifəsi olub:

"Bununla yanaşı bütün fəaliyyəti dövründə polis-vətəndaş, polis-cəmiyyət münasibətləri də çox yüksək səviyyədə qurulub. Bu qarşılıqlı hörmət və sevgi ümumi bir amala, ölkəmizdə asayişin qorunması, təhlükəsizliyin təminatına yönəlib. Bütün polislərimizi, DİN -nin bütün şəxsi heyətini Peşə bayramı münasibətilə təbrik edirəm. Bu yorulmaz fəaliyyətlərində polis əməkdaşlarına uğurlar arzu edirəm.
Bayramınız mübarək!".

Mehman

Xəbəri paylaş