Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

MOK-un 30 illik yubileyinə həsr olunmuş ağır atletika üzrə kubok yarışı keçirilib

MOK-un 30 illik yubileyinə həsr olunmuş ağır atletika üzrə kubok yarışı keçirilib


İyulun 2-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında Milli Olimpiya Komitəsinin (MOK) 30 illiyinə həsr olunmuş ağır atletika üzrə kubok yarışı keçirilib.

Newscenter.az-a daxil olan məlumata görə, turnirin təşkilində məqsəd MOK-un 30 illik yubileyinin təntənəli şəkildə qeyd olunması, yığma komandanın yaş qrupları üzrə idmançılarının hazırlıq səviyyəsinin qiymətləndirilməsi və V İslam Həmrəyliyi Oyunlarına gedəcək idmançıların seçilməsi olub.

Yarışda qadınlar 1, kişilər isə iki qrupda Sinkleyr cədvəli üzrə mütləq qalibi müəyyən ediblər. Zərif cinsin nümayəndələri arasında qızıl medala 232.7 xalla Anastasiya Moum layiq görülüb. Gümüş medala 223.2 xalla Elnarə Abbasova, bürünc medala isə 214.7 xalla Fidan Mirzəzadə sahib çıxıb.

Kişilərdə ilk qrupda çəkisi 55, 61, 67 və 73 kq çəkili atletlərin mütləq qalibini müəyyən ediblər. Burada İsa Rüstəmov 396.02 xalla qızıl, Paşa İbrahimli 388.21 xalla gümüş və Murad Əliyev 382.37 xalla bürünc medal qazanıb

İkinci qrupda isə çəkisi 81, 89, 96, 102, 109 və +109 kq olan kişilər yarışıblar. Burada 402.94 xalla Dadaş Dadaşbəyli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonrakı yerləri müvafiq olaraq 385.86 xalla Əli Şükürlü və 373.38 xalla Füqan Əliyev tutublar.

Oruc
Xəbəri paylaş