Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə uddumu, uduzdumu?

Türkiyə uddumu, uduzdumu?


Türkiyə ilə üzvü olduğu NATO arasındakı 2 aya yaxın davam edən dartışma, rəsmi anlaşma ilə tam sona yetdi. Bununla da Türkiyənin öz veto hüququndan istifadə edib İsveç və Finlyandiya ölkələrinin bu alyansa qəbulunu əngəlləmə və Türkiyənin həmin ölkələrə yaşıl işıq yandırması üçün, onun, bir sıra tələbləri və şərtlərinə əməl edilməsi prosesi başa çatdı. Türkiyə haqlı çıxdı.

NATO sammitində həmin alyansın Baş Katibi Y. Stoltenberqin iştirakı ilə Türkiyə, Finlyandiya və İsveç dövlətlərinin xarici işlər nazirləri arasında, hər üç dövlətin başçılarının da iştirakı ilə, birgə anlaşma, razılaşma memorandumu imzalandı:

▪️hər üç dövlətin terrorla mübarizə aparmaq və bir sıra terror təşkilatlarının Türkiyəyə qarşı hücumlarını pisləmə barəsində birgə bəyanatı
▪️Finlandiya və İsveç PKK-nın və bütün digər terror təşkilatlarının və onlarla əlaqəli şəxslərin fəaliyyətinin qarşısını almağı öhdəsinə götürür
▪️Türkiyə, Finlandiya və İsveç bütün bu terror təşkilatları (FETO qarışıq) fəaliyyətinin qarşısını almaq üçün əməkdaşlığı artırma qərarına gəlir
▪️Finlandiya və İsveç PKK və onun qollarının pul toplama və işə götürmə fəaliyyətlərini tam qadağan edir

▪️Türkiyənin verdiyi siyahı üzrə terrorçuların Türkiyəyə təhvili, ekstradisiyası işləri sürətlənir

▪️İsveç və Finlandiya dövlətləri Türkiyə qarşı müdafiə sənayesi sahəsində bir sıra embarqo məhdudiyyətlərini qaldırır, əməkdaşlıq artırılır
▪️və yekunda Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyünə razılıq verir. Bununla, NATO, Avropa şimaldan Rusiyaya qarşı xeyli güclənir.
Bundan başqa alt yapıda qeyri-rəsmi ABŞ və NATO ilə Türkiyənin arasında xeyli geostrateji və hərbi sahələrdə sıx anlaşmalar əldə edilib, Türkiyə-Qərb arası daha dərin birliyə yönəlik.

Yekunda, bu məsələyə söz ardı bir neçə vacib və maraqlı sual yaranır, bunları analizə varaq.

1. Türkiyənin əslində, ümumi NATO-ya qarşı atılan bu gözlənilməz addımının içərisində siyasi-hərbi risq var idimı? Var idi, həm böyük risq və həm də çətinlik var idi. NATO-nun öz üzvünün tarixdə ilk, belə problem yaratması, sonrakı yaşamında ona pis presedent, digər üzvləri üçün nümunə yarada biləcəyini bilib, Türkiyəyə qarşı bəzi sərt addımlar ata bilərdi. Onu təşkilat üzvlüyündən çıxarma proseduru olmasa da, NATO-nun yenidən formalaşması ilə Türkiyənin kənarda qoyulması, yaxud da, Türkiyəyə qarşı güclü Qərb sanksiyaları kimi addımlara əl ata bilərdi. Ancaq, bunda daha çox uduzardı NATO və eləcə də, bütün Qərb.

Əvvəla, belə tədbir Türkiyəni Rusiya, Çin anti -NATO qütblərinə yönəldib onların mövqe və durumunu güvvətləndirərdi. İkincisi, Türkiyə kimi 2-ci hərbi güclü NATO müttəfiqini itirmə, bu Alyansı xeyli zəiflədərdi. Bundan başqa da, faktiki Qara Dənizin sahibi (həm, ən çox, uzun sahil, su, həm bu dənizə girş boğazları sahibi) olan, həm Yaxın Şərqdə və İslam dünyasındakı nüfuzu və həm, Şərqdə türk dünyasında lider nüfuzu olan qüdrətli Türkiyəni itirmək Qərbin, NATO-nun bu regionlara təsir gücünü azalda bilərdi. Həm görürdü ki, Türkiyə bu işdə təmiz, qərəzsizdir, kiminsə deyil, öz oyununu oynayır.

2. Türkiyənin, bəzi gümanlar və iddialar kimi, bu etiraz addımı qərəz, ya Rusiya, ya kiməsə yarınmaq məqsədlimi idi? Tam, sübut olundu ki, qətiyyən yox! Sırf, ölkəsinin milli maraqları üçün etmiş bunu, özü də ki, haqq və ədalətlə. Tələblər yerinə yetirildi, Türkiyə də sakit oldu.

3. Türkiyə, onun lideri T. Ərdoğan bu protesto addımını doğrumu atdı. Uddumu, uduzdumu?
Çox doğru atdı. Çünki, bu addım içində haqq və ədalət, səmimiyyət və mətinlik, öz ölkəsinin təhlükəsizliyi və mənliyi, sayılması tələbi vardı. Və bu ətrafda 2 ay dartışma, müzakirə prosesi boyu Türkiyənin sərt mövqeyi bunu sübut etdi.

Uduşu isə, çox böyük oldu Türkiyənin. Əvvəla, özünü bir daha, 30 NATO üzvünə, Qərbə kəşf etdirdi, kiminsə havasına oynamayan səmimi, qərəzsiz, sırf, öz ölkəsi, millətinin mənafeyi və maraqları üçün haqlı tələbini irəli sürən, mərd sözünü deyən əsl türk xassəli güc dövləti kimi.
İkincisi, digər Rusiya, Çin kimi qütblər önündə də nüfuzu qalxdı. Gördülər ki, bu dövlət onlar düşündüyü kimi, nəinki NATO-ya arxalanıb da bu qütblər qarşı, yeri gəlsə, NATO-nun özünə qarşı çıxa bilib, müstəqil mənliyini qoruyur və istənilən dünya gücünə qarşı güc çıxara bilər.
Bundan başqa Türkiyənin dünya siyasətini də sensasiya hissinə salan, NATO istəyinə etirazlı addımı dünya 3-cü ölkələri arasında da güclü maraq doğurmuşdu ki bu işin sonu nə olacaq?

Eləcə də, Ermənistan, Kürdüstan, İran və sairə kimi, Türkiyə-türk qısqanclı (ən azı!), regionlar da gözləntidə idi: Türkiyə uduşlu çıxa bilərmi? Türkiyə isə, növbəti sınaqdan da, uğurlu çıxdı.

Qardaş Türkiyənin R. T. Ərdoğan liderliyindəki bu şərəfli, mətin, sərt və o dərəcədə də uğurlu siyasəti, onun getdikcə güc və qüdrətini artırır.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş