Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP Nizami rayon təşkilatının rəhbərliyi və fəalları dünyanın ilk tanker-muzeyini ziyarət ediblər

YAP Nizami rayon təşkilatının rəhbərliyi və fəalları dünyanın ilk tanker-muzeyini ziyarət ediblər


Yenicə ailə həyatı qurmuş Milli Qəhrəman Yuriy Kovalyovun qızı Regina Kovalyovanın və qazi Denis Quzlayevin dəvəti ilə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının rəhbərliyi və fəalları “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər.

Newscenter.az-ın məlumatına görə, ziyarət zamanı məlumat verilib ki, uzunluğu 123.5 metr, dedveyti isə 4696 ton olan “Suraxanı” tankeri Xəzər dənizində 1957-ci ildən istismara verilən “Mühəndis A.Pustoşkin” tipli gəmilərdən biridir. Son dövrlər Gəmiçiliyin tərkibində neft təmizləyici stansiya qismində istismar edilən “Suraxanı” tankerinin muzeyə çevrilməsi ilə bağlı qərar 2017-ci ildə verilib. Tankerin muzey kimi fəaliyyət göstərməsi üçün gəmidə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib.

“Suraxanı” tankerinin muzeyə çevrilməsi üçün Böyük Britaniya, Hollandiya, Türkiyə kimi gəmiçilik ənənələri olan ölkələrin bu sahədə böyük təcrübəsindən istifadə olunub. Gəmi-muzeyin beynəlxalq standartlara cavab verməsi məqsədilə 100-dən çox nüfuzlu xarici və yerli şirkətlə əməkdaşlıq edilib.

Dünyada ilk tanker-muzeyin Bakıda fəaliyyət göstərməsi yerli sakinlər və gündən-günə artan turistlərə Xəzərin və ölkəmizdə Gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı qazandıracaq. “Suraxanı” gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayır.

Gəmi muzey ilə tanışlıq ziyarətçilərdə xoş əhval-ruhiyyə yaradıb.

Ruhiyyə
Xəbəri paylaş