Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zakir Həsənov revanşist qüvvələrin mümkün təxribatlarının qarşısını almaq tapşırığı verib

Zakir Həsənov revanşist qüvvələrin mümkün təxribatlarının qarşısını almaq tapşırığı verib


Müdafiə naziri general-polkovnik Zakir Həsənov revanşist qüvvələrin mümkün təxribatlarının qarşısını almağa hər an hazır olmaq barədə müvafiq tapşırıqlar verib.

Newscenter.az xəbər verir ki, bu barədə taşırığı nazir Mərkəzi Komanda Məntəqəsində keçirdiyi xidməti müşavirədə səsləndirib.

Müşavirədə general-polkovnik Z.Həsənov Ali Baş Komandanın Kəlbəcər rayonunda hərbi hissənin açılışında çıxışı zamanı Azərbaycan Ordusunu bir daha yüksək qiymətləndirdiyini vurğulayaraq qarşıya qoyulan yeni vəzifələri layiqincə yerinə yetirmək, ölkəmizin ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq istiqamətində Ordumuzun üzərinə düşən bütün vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gələcəyinə əminliyini ifadə edib
Xəbəri paylaş