Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ali Baş Komandanın verdiyi mesajlar Ermənistanı narahat etməli və düşündürməlidir

Ali Baş Komandanın verdiyi mesajlar Ermənistanı narahat etməli və düşündürməlidir


Paşinyan hakimiyyəti ümumən Ermənistan əhalisinin Azərbaycan və Türkiyə ilə münasibətinin normallaşması istəyini əhatə edir. Bu istəyi sözsüz ki, 44 günlük müharibənin hərbi və psixoloji nəticələri formalaşdırıb. İndi ki, real geosiyasi vəziyyətdə Azərbaycan və Türkiyənin beynəlxalq hərbi, siyasi və iqtisadi təsir nüfuzu artdığı və bu istiqamətdə inkişaf etdiyiı bir zamanda Ermənistan təbii ki, öz suverenliyini və dövlət müstəqilliyini təhlükə ilə qarşı-qarşıya qoymaqda maraqlı ola bilməz.

Elə son bir ayda Ermənistanın siyasi bilgiyə malik və real vəziyyəti qiymətləndirməyi bacaran şəxsləri, peşəkar siyasi analitiklər və şərhçilər qeyd edirlər ki, Ermənistanın öz suverenliyi və dövlət müstəqilliyi məsələsi qorxulu mənzərə alıb. Sözsüz ki, bu mənzərəni isə yaradan regiona təsir imkanlarını qoruyub saxlamaq istəyən və Ermənistanın Azərbaycanla münasibətlərin normallaşmasına əməli mane olan Rusiyadır. Erməni əhalisinin çox az bir hissəsini əhatə edən revanşist müxalif qüvvələr Rusiyaya məxsus qüvvələrdir. Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması məsələsində Rusiyanın hə hansı formada iştirakı axır nəticənin bloklanmasına xidmət edir. Bu isə sonda Ermənistanın özünün dövlət müstəqilliynin məhvi deməkdir. Ermənistan üçün ən optimal variant mümkün qədər Rusiyanın məsələlərə qarışmasının qarşısını alıb Azərbaycan və Türkiyə ilə bir başa ünsiyyət yaradıb, problemlərinin həllinə çalışmalıdır hərçənd ki, Avropa İttifaqının iştirakı da müsbət təsir edə bilər o şərtlə ki, Aİ-nın iştirakında Azərbaycan diqqətli olmalıdır. Sözsüz ki, Aİ-nın Azərbaycana olan münasubəti Rusiya kontekstindən əmələ gələn yanaşmadır. Və təbii ki, Rusiya ilə bağlı beynəlxalq situasiya Aİ-nı, ABŞ-nı qane etdikdən sonra Azərbaycana artıq o münasibətin xarakteri dəyişə bilər.

Ona görə ki, Azərbaycan prezidenti İlham Əliyev qeyd etdiyi ki, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımaya və SSRİ dövründə qanunsuz olaraq Azərbaycan xalqının və hakimiyyətinin razılığı olmadan Ermənistana verilmiş bütün torpaqlara iddia qaldıra bilər. Kəlbəcərdə "Komando" birliyinin açılışı Ali Baş Komandanın verdiyi mesajlar Ermənistanı həqiqətən narahat etməli və düşündürməlidir. Nəinki Xankəndində, heç Ermənistanda ermənilər qalıb yaşamaq istəmir və artıq Ermənistanda əhalinin sayı iki milyondan aşağı enməkdə sürətlənib.

Erməni dövlətçiliyinin mövcudluğunu arzulayan şəxslər 30 illik Azərbaycan ərazilərinin işğalının kompensasiyası kimi Zəngəzurun bütövlüklə Azərbaycana qaytarmaq məcburiyyətindədirlər. Seçim ermənilərindir ya Azərbaycanın tələblərini yerinə yetirib dövlətlərini qoruyub saxlayırlar, ya da Ermənistan üçün təbii prosesin şahidi olacaqlar.

Vüqar Dadaşov-politoloq
Xəbəri paylaş