Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda məşqçi yol qəzası zamanı dünyasını dəyişib-FOTO

Azərbaycanda məşqçi yol qəzası zamanı dünyasını dəyişib-FOTO


Gəncədə fəaliyyət göstərən "Metallurq" İdman Klubunun cüdo üzrə məşqçisi Orxan Hümbətov ağır yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.

Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən məlumat verilib.

Qəza nəticəsində mütəxəssisin ailə üzvləri də dünyasını dəyişib.

Qurum bütün cüdo ailəsi adından Hümbətov və ailə üzvlərinin vəfatından kədərləndiyini bildirib, onun yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!

Xəbəri paylaş