Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda son sutkada 36 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutkada 36 nəfər koronavirusa yoluxub


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 371 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 442 nəfər müalicə olunaraq sağalıb, hazırda 212 aktiv xəstə var. Bu günə qədər 9 717 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 117, bu günə qədər isə ümumilikdə 6 970 953 test icra olunub.
Xəbəri paylaş