Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan əhalisi sürətlə azalacaq

Ermənistan əhalisi sürətlə azalacaq


Bir gün əvvəl Vyanada Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr - səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında dördüncü görüş keçirilib.

Görüş nəticəsində tərəflər Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəliblər. Bununla bağlı lazımi prosesin başlanmasına qərar verilib.

Həmçinin nümayəndələr arasında Türkiyə və Ermənistanın havadan yük daşınmalarının mümkün qədər tez başlaması barədə razılıq əldə olunub.

Vyanada baş tutan dördüncü görüş nəticəsində iki ölkə arasında tam normallaşmaya nail olmaq üçün atıla biləcək digər mümkün konkret addımları da müzakirə edilib və normallaşma prosesinin ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı konsensus əldə edilib.

Xüsusi nümayəndələrin quru sərhədlərin açılması barədə razılığa gəlmələri müsbət haldır. Bu, təkcə Türkiyə və Ermənistanın özü üçün yox, bütünlüklə region, o cümlədən Azərbaycandan ötrü əhəmiyyətlidir. Məsələnin təkcə siyasi deyil, eləcə də, iqtisadi perspektivi var.

Əvvəllə də dediyimiz kimi, Rusiyanın başının Ukrayna ilə müharibəyə qarışmasından istifadə etməliyik. Bu, yalnız Bakı ilə Ankaraya yox, həm də İrəvana aiddir. Məlumdur ki, Baş nazir Nikol Paşinyanın regionla bağlı xarici siyasətindəki tərəddüdün əsas səbəbi Kreml faktorudur. Bəzi hallarda İrəvan hansısa addımları Moskvadan qorxduğuna görə atmır. Bəzən isə şimal qonşumuz özü buna mane olur, Ermənistana təzyiq göstərir və ya təxribatlarla "regionda suları bulandırır". Odur ki, indi əlverişli şərait yaranıb və biz regional əməkdaşlıq baxımından bu imkanlardan istifadə etməliyik.

Quru sərhədlərin ən qısa vaxtda açılmasına nail olmaq lazımdır. Bunun üçün lazım gələrsə İrəvana təzyiqlər artırılmalı, təmaslar intensivləşdirilməlidir. Fikrimcə, yaxın günlərdə xarici işlər nazirləri səviyyəsində bu mövzuda müzakirələrin aparılması da mümkündür.

Ermənistanın quru sərhədlərin açılmasına razı olması bir sıra səbəblərlə bağlıdır. Birincisi, İrəvan artıq anlayır ki, regionun gələcəyi Türkiyə ilə münasibətlərdən asılıdır. Rusiyanın müharibədə qalib və ya məğlub olması Ermənistana sərf etmir. Çünki birinci halda İrəvana təzyiqlər artacaq, ikinci halda isə Paşinyan hakimiyyəti "çətirini" itirəcək. İqtidar bunu başa düşür və Türkiyə ilə münasibətləri mümkün qədər bərpa etməyə tələsir. İkinci bir tərəfdən, Ermənistanda hakimiyyət əleyhinə narazılıq artır. Bunun müxtəlif səbəbləri var. Onlardan biri də işsizlik və yoxsulluqdur. Hakimiyyət başa düşür ki, quru sərhədlər açılsa, insanlar müvəqqəti iş dalınca Türkiyəyə gedə bilərlər. Əlbəttə, çox güman, İrəvanın bu qərarı asanlıqla verməyib. Azərbaycan və Türkiyənin diplomatik məharətini də nəzərə almaq lazımdır.

Şübhəsiz ki, Türkiyəyə gedən ermənilər arasında gələcəkdə bu ölkənin vətəndaşlığını qəbul edənlər də olacaq. Və bu, Ankaraya sərf edir.

Beləliklə, indi əsas məqsəd təmasların intensivləşməsi və konkret nəticələrin əldə edilməsi olmalıdır.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş