Özbəkistan parlamenti Qaraqalpaq Respublikasında fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında Prezident Şavkat Mirziyoyevin fərmanını təsdiqləyib.
Newscenter.az "Report"-a istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Qərar qəbul edildiyi gündən qüvvəyə minir.
Xatırladaq ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iğtişaşların baş verdiyi Qaraqalpaq Respublikasının ərazisində iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət elan edib.
Vətəndaşların təhlükəsizliyini təmin etmək, onların hüquq və azadlıqlarını qorumaq, asayişi bərpa etmək məqsədilə, Prezidentin sərəncamına əsasən, iyulun 3-ü saat 00:01-dən avqustun 2-si saat 00.00-dək Qaraqalpaq Respublikasında fövqəladə vəziyyət rejimi tətbiq edilib.